13 C
Baku
Saturday, April 13, 2024

Azərbaycanda 31 dərmanın qiyməti dəyişdi

Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş iclasında 79 dərman vasitəsinin qiymətləri təsdiqlənib.

Banker.az bu barədə Şuraya istinadən xəbər verir.

Məlumata görə, yeni dövlət qeydiyyatına alınmış 48 dərman vasitəsinin qiyməti təsdiq və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 31 dərman vasitəsinin qiymətində Nazirlər Kabinetinin 3 iyun 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın 7.1-ci bəndinə və Şuranın 21 iyul 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”ın 4.1-ci bəndinə uyğun olaraq dəyişikliklər edilib. Bununla da, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13 690 təşkil edir və onların tam siyahısı Şurasının internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Son xəbərlər
Digər xəbərlər