Azərbaycanda 360 adda mal və xidmət növü bahalaşıb

0

2018-ci ildə Azərbaycanda orta illik baza inflyasiya 2017-ci ilin sonuna qeydə alınmış 13,2%-ə qarşı 1,8% təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

“2018-ci ildə qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2017-ci ilə olan 13,2%-ə qarşı 1,8% təşkil edib”, – deyə məlumatda bildirilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Ötən il orta illik inflyasiya 2,3%, o cümlədən ərzaq malları üzrə 1,7%, qeyri-ərzaq malları üzrə 2,6%, xidmətlər üzrə 2,7% təşkil edib.

“2018-ci ildə inflyasiyanın hesablanması üçün istifadə olunan 521 adda mal və xidmətdən 121-nin qiyməti azalıb, 40-nın qiyməti isə dəyişməz qalıb. Beləliklə, 360 adda mal və xidmət növünün qiymətlərində artım müşahidə olunub”, – deyə məlumatda vurğulanır.