25 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda 7 BOKT filialı bağlanıb

Bank olmayan kredit təşkilatlarının maliyyə sistemində aktivlərinə görə bazar payı 1.3% təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2023-cü ilin ilk altı ayı ərzində 3 bank olmayan kredit təşkilatının lisenziyası ləğv edilmiş, beləliklə fəaliyyət göstərən qeyri-bank kredit təşkilatlarının sayı 92-ə enib.

Dövr ərzində BOKT işçilərinin sayı 205 nəfər artaraq 3064 nəfərə çatmış, filiallarının sayı isə azalaraq 287-dən 280-ə enmişdir.

Son xəbərlər
Digər xəbərlər