12 C
Baku
Saturday, May 18, 2024

Azərbaycanda bələdiyyənin əmlakını mənimsəyən sədrə cinayət işi açıldı

Azərbaycanda bələdiyyə əmlakının mənimsənilməsinə görə cinayət işi başlanıb.

Banker.az xəbər verir ki, bu barədə Ağstafa rayon prokurorluğunun yaydığı məlumatda deyilir.

Məlumata əsasən, Ağstafa rayon Dağkəsəmən kənd bələdiyyəsində baş vermiş qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Ariz Bayramovun Dağkəsəmən kənd bələdiyyəsinin sədri işlədiyi müddətdə bələdiyyə əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə), 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər