10 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

Azərbaycanda bank müştərilərinin sayı 1 milyondan çox artıb

Azərbaycanda bank müştərilərinin  sayı 2019-cu ilin iyul ayına 7515910 nəfər təşkil edib. Ötən ilin eyni dövründə isə bank müştərilərinin sayı 6121225 nəfər olub. Belə ki, bu il müştərilərin sayı 1 394 685 nəfər və yaxud 23% artıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Bank müştərilərindən 7399742 nəfəri fiziki şəxslər, 116168 nəfəri isə hüquqi şəxslərdir.

2019-cu ilin avqustun 1-nə müştəri hesablarının sayı 18032951 ədəd olub ki, bu da ötən ilin analoji dövrüylə müqayisədə 5% artım deməkdir. Cari ildə müştərilərin kredit hesabları da 5% artaraq  2648725, depozit hesabları isə 3% artaraq 349921 olub.

 

 

Son xəbərlər
Oxşar xəbərlər