28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda bank sahibi tərəfindən yaradılan klub rəsmən ləğv edilir

2006-cı ildə Bakı şəhərində yaranmışdır “Standard Bakı” və ya rəsmi adı ilə “Standard Futbol Klubu” MMC ləğv olunduğunu elan edib.

Banker.az bu barədə adıçəkilən klubun rəsmi elanına istinad edir.

Bu komanda futbol üzrə Azərbaycan çempionatının elitasında ( indiki Premier Liqa) iştirak edib. Bir müddət sonra isə futbol klubu Sumqayıta köçərək, orada fəaliyyətə başlamışdı. 

Ləğv edilmə elanın yaxın günlərdə verilməsinə rəğmən klub hələ 9 il öncə bağlanmasına dair rəsmi açıqlama vermişdi.

Qeyd edək ki, “Standard Futbol Klubu” MMC də Azərbaycanda “Bank Standard” QSC (Ləğv prosesində olan), “Standard İnsurance” MMC, “AB Legal Consulting Group” MMC və “Standard Lizinq” MMC kimi tanınmış şirkətlərin daxil olduğu “AB Standard” QSC  holdinqinə aid idi.

Son xəbərlər
Digər xəbərlər