19 C
Baku
Saturday, May 25, 2024

Azərbaycanda bankın əmlakı 34 min manata satışa çıxarılır

Əmanətlərin Sığortalanması Fondunun 2125200903850 saylı, 19.10.2021 il tarixli məktubu ilə hərracı dayandırılan Xaçmaz rayonu, Heydər Əliyev prospekti 33B ünvanında yerləşən qeyri-yaşayış binasının hərracı Əmanətlərin Sığortalanması Fondunun 2225200903143 saylı, 03.11.2022 il tarixli məktubuna əsasən  davam etdirilir.

07 dekabr 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Atabank” ASC-nin balansındakı daşınmaz əmlak təkrar açıq hərraca çıxarılacaqdır. 

Daşınmaz əmlak Xaçmaz rayonu, Heydər Əliyev prospekti 33B ünvanında yerləşən qeyri-yaşayış binasıdır. 

Daşınmaz əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 34425 manatdır. 

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. 

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləridir. Ünvan: Bakı şəh., Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şoşşesi 27-dir. (“AVİS” aptekin arxası)

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər