Azərbaycanda banklar üçün yeni tələb müəyyən edilib

0

Azərbaycanda banklar üçün əməliyyat riskləri üzrə minimum kapital tələbi müəyyən edilib.

APA-nın məlumatına görə, bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Yeni tələb noyabrın 30-da qüvvəyə minəcək.

Qaydalara əsasən, sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklar məcmu kapitalın adekvatlıq əmsalını 10 faizdən az olmayan səviyyədə saxlamalıdır. Sistem əhəmiyyətli bankların məcmu kapitalın adekvatlıq əmsalı 1 iyun 2019-cu il tarixindən 11  faizdən və 1 yanvar 2020-ci il tarixindən 12 faizdən az ola bilməz. Əməliyyat riski dərəcəsi üzrə ölçülmüş aktivlər əməliyyat riskləri üzrə kapital tələbinin bu Qaydalarda müəyyən edilmiş məcmu kapitalın adekvatlıq əmsalına bölünməsi yolu ilə hesablanacaq. Əməliyyat riskləri üzrə kapital tələbinin hesablanması baza indikator yanaşması ilə aşağıdakı düsturla müəyyən edilir və ötən 3 il ərzində bankın 15 faizə vurulmuş müsbət illik əməliyyat mənfəətinin cəminin orta məxrəcinə bərabərdir:

ƏR = 

Burada ƏR – əməliyyat riskləri üzrə kapital tələbi, M – ötən 3 il ərzində bankın müsbət illik əməliyyat mənfəəti, n – 3 illik dövr üzrə müsbət əməliyyat mənfəəti əldə edilmiş illərin sayıdır. Əməliyyat mənfəətinin mənfi və ya sıfıra bərabər olduğu il əməliyyat riskləri üzrə kapital tələbinin hesablanması zamanı surətdə həmin il üzrə əməliyyat mənfəəti, məxrəcdə isə həmin il nəzərə alınmır. Ötən 3 il ərzində hər il əməliyyat mənfəəti mənfi və ya 0 olduğu təqdirdə bankın əməliyyat riskləri üzrə kapital tələbi 0 kimi müəyyən olunur. Əməliyyat mənfəəti bankın xalis faiz və xalis qeyri-faiz gəlirlərinin və bankın faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlarının cəminə bərabərdir. Əməliyyat mənfəətinin hesablanmasına gündəlik əsasda bankın məcmu gəlir haqqında hesabatında (mənfəət və zərərlər haqqında hesabat) nəzərə alınan qiymətli kağızlar istisna olmaqla digər qiymətli kağızların ticarətindən əldə edilmiş gəlir və zərər, habelə gözlənilməz fəaliyyət növlərindən, o cümlədən sığorta fəaliyyətindən əldə edilmiş gəlir daxil edilmir.