26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda bank müştərilərinin sayı 8,5 milyonu keçdi – Böyük artım

Azərbaycanda bank müştərilərinin sayı 2020-ci ilin iyul ayına 8 milyon 547 min 197 nəfər təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2019-cu ilin eyni dövründə isə bank müştərilərinin sayı 7 milyon 516 min 893 nəfər olub ki, bu da illik müqayisədə bank müştərilərinin 1 milyon 30 min 304 nəfər artması deməkdir.

Cari ilin iyun ayında bank müştərilərinin sayı 8 milyon 465 min 977 nəfər təşkil edib. Belə ki, aylıq müqayisədə 81 min 220 nəfər artıb.

Bank müştərilərindən 8 milyon 434 min 165 nəfəri fiziki şəxslər, 113 min 32 nəfəri isə hüquqi şəxslər olub. Ötən ay ilə müqayisədə fiziki şəxslərin sayı 79 min 569 nəfər, hüquqi şəxslərin sayı 1 min 651 nəfər artıb.

Bu ilin iyul ayında fiziki şəxslərin cari hesablarının sayı 16 milyon 957 min 282, hüquqi şəxslərin cari hesablarının sayı 254 min 262  olub.

Son xəbərlər
Digər xəbərlər