Azərbaycanda bankların ölkədaxili pul köçürmə sistemləri

0

Bildiyimiz kimi, ölkə banklarında müştərilərə göstərilən ən populyar xidmətlərdən biri pul köçürməlidir. Pul köçürmələ sistemlər bir fiziki şəxsdən digərinə bankda hesab açmadan pulun göndərilməsi və göndərilən pulun qəbul edilməsini təmin edən bir sistemdir. Ölkə banklarının demək olar ki, hamısında bu köçürmə sistemləri mövcuddur. Bunların ən məşhurlarına misal olaraq “Western Union”, “Zolotaya Korona”, “Contact”, “Monex” və s. göstərə bilərik. Adəçəkilən pul köçürmə vasitəsilə əsasən ölkəxarici qismən isə ölkəxarici köçürmələr həyata keçirilir. Misal üçün, Avropa və Amerika ölkələrinə pul köçürmələri zamanı “Western Union”, MDB ölkələrinə köçürmələr zamanı isə “Zolotaya Korona” və  “Contact” pul köçürmə sistemləri daha çox tərcih edilir. Bunun səbəbi isə adıçəkilən istiqamətlər üzrə köçürmə komissiyalarının nisbətən daha sərfəli olmasıdır.

Ölkədə fəaliyyət göstərən bəzi Banklar filial və şöbələr ilə təmin olunmuş regionlar arasında köçürmələri həyata keçirmək üçün özlərinin daxili pul köçürmə sistemlərini yaradıblar. Bu sistemlərin yaradılmasında məqsəd ölkədaxili, xüsusən Abşeron və regionlararası pul göndərmə və qəbul etmə əməliyyatlarını sürətli və sərfəli şəkildə təmin etməkdir. Monitorinq qrupumuzun bu dəfəki araşdırmasında məhz bu mövzuya toxunulub. Aşağıda öz filialları və şöbələri arasında pul göndərməyə və qəbul etməyə imkan verən köçürmə sistemləri haqqında məlumatla tanış ola bilərsiniz:


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“AccessTransfer“ (AccessBank) pul köçürmə sistemi fiziki şəxslər arasında Respublikanın böyük hissəsini əhatə edən geniş filiallar şəbəkəsi vasitəsilə 1 dəqiqə ərzində pul göndərmək və qəbul etmək imkanı yaradır. AccessTransfer köçürməsi münasib komissiya ilə və qısa zaman müddətində köçürməni alan şəxs üçün əlçantandır. Köçürmələri AZN, EUR və USD valyutasında məbləğ məhdudiyyəti olmadan göndərmək və qəbul etmək olar. Bu köçürmə sistemi üzrə tariflər aşağıdakı kimidir:

“Vektor” (Bank Respublika)  pul köçürmə sistemi Bank Respublika filial və şöbələri arasında 3000 AZN-dək vəsaitləri  1 dəq ərzində köçürməyə imkan verir. Köçürmələr yalnız AZN valyutasında həyata keçirilə bilər. Vektor pul köçürməsi “Vektor kart” vasitəsilə həyata keçirilir. Karta köçürülən vəsaiti  asanlıqla istənilən bankomat vasitəsilə nağdlaşdırmaq, onlayn xərcləmək və ya POS-terminal üzrə alış etmək mümkün olacaq. Yeni kart pulsuz verilir və tam funksiyalı bank kartı kimi istifadə oluna bilər. Kart üzərindən vəsaitin nağdlaşdırılması zamanı heç bir faiz tutulmur, bu da kart sahibini pulköçürmə əməliyyatı üzrə ikiqat komissiyadan azad edir.

“ManatExpress” (Azərbaycan Beynəlxalq Bankı) pul köçürmə sistemi vasitəsilə Azərbaycan Beynəlxalq Bankı-nın filial və şöbələri arasında maksimum 10 000 AZN-dək vəsaitlərin köçürülməsi və qəbul edilməsini həyata keçrimək mümkündür. Köçürmə sistemində sərfəli komisyon haqları mövcuddur və adından da göründüyü kimi yalnız AZN valyutasında olan köçürmələr aparıla bilər.

“Xəzri” (Kapital Bank) beynəlxalq pul köçürmə sistemi 2007-ci ildə yaradılıb və Azərbaycanla yanaşı 4 MDB ölkəsinə (Rusiya, Ukrayna, Gürcüstan və Tacikistan) də pul göndərmək mümkündür. Köçürmələr AZN / USD / EUR valyutalarında həyata keçirilə bilər. Bir əməliyyat limiti ölkədaxili – 50 000 AZN, 20000 USD; ölkəxarici – 10 000 USD, 9 000 EUR şəklindədir. Kapitalbank ölkə bankları arasında ən geniş xidmət şəbəkəsinə malik bank olduğu üçün bu köçürməni əhata dairəsi baxımından ən qabaqcıl saymaq olar. Həmçinin bu köçürmə xidmətindən ölkədaxili Banklardan bəziləri də (misal: Expressbank, Nikoil Bank, NBC Bank və s.) istifadə edir.

“Unitransfer” Unibanka məxsus Təcili Pulköçürmə Sistemidir. “Unitransfer” 2016-cı ilin iyun ayında yaradılıb və yalnız Unibank daxilində fəaliyyət göstərir. Bu sistemlə Unibankın bir filialından paytaxtda və respublikanın istənilən bölgəsində yerləşən filialına ən qısa müddətdə pul köçürmək mümkündür. Köçürmə AZN/ USD/ EUR/ RUB valyutalarında mümkündür.

“Barat” (Rabitəbank) – Rabitəbanka məxsus pul köçürmə sistemidir. Köçürmələr AZN / USD valyutalarında həyata keçirilə bilər. Banka gəlmədən E-manat terminalı vasitəsi ilə vəsaiti göndərmək imkanı mövcuddur. Göndərilən vəsaiti Rabitəbank-ın istənilən filialından almaq olar.

Yuxarıda qeyd edilən ölkədaxili köçürmə sistemlərinin tarifələri ilə müqayisəli formada aşağıda tanış ola bilərsiniz.

Köçürmə sistemi Valyuta Maksimal məbləğ Tariflər
AccessTransfer AZN / USD Limit yoxdur Məbləğ               Valyuta               Tarif

1-3000              AZN/USD 0.4% (min.2 AZN/USD)

3001-6000 AZN/USD        0.3% (min.11 AZN/USD)

≥6001      AZN/USD        0.2% (min.15 AZN/USD)

Vektor AZN 3000 AZN Məbləğ (AZN)    Tarif (filial)            Tarif (Vektor kart)

1-300                     2              2

301-400       3                            2

401-600       4                            3

601-700       5                            4

701-900       6                            5

901-1000       8                            6

1001-1500       10                           8

1501-2000       13                          10

2001-2500       16                          12

2501- 3000       20                          15

ManatExpress AZN 10 000 AZN 0.5% (min.1.5 AZN)
Xəzri AZN / USD 50000 AZN / 20000 USD 0.8% (min. 1 AZN/USD, maks. 30 AZN/USD)
Unitransfer AZN / USD / EUR / RUB 20 000 AZN / USD / EUR

700 000 RUB

3000 AZN/USD/EUR-dək –  0,4% (min 2 AZN/USD/EUR)

200 000 RUB-dək –  0,4% (min 200 RUB)

3001 – 20 000 AZN/USD/EUR  – 0,3% (min 12 AZN/USD/EUR, max 30 AZN/USD/EUR)

200 001 – 700 000 RUB –  0,3% (min 800 RUB, max 3000 RUB)

Barat AZN / USD Limit yoxdur Məbləğ               Valyuta               Tarif

1-300              AZN/USD      1

301-500 AZN/USD 2

501-1000 AZN/USD 3

1001-2000 AZN/USD 7

2001-3000 AZN/USD 10

3001-4000 AZN/USD 15

4001-6000 AZN/USD 20

6001-11000 AZN/USD 25

>11000               AZN/USD 0.20%