5 C
Baku
Thursday, February 29, 2024

Azərbaycanda bir ayda bank kartlarının sayı 219 min ədəd artıb

Bank və “Azərpoçt” MMC sistemləri üzrə aprel ayının sonunda dövriyyədə olan
ödəniş kartlarının sayı ötən aya nəzərən 219 min ədəd artaraq 14 milyon 465
min ədəd təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17.5% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 16.1%, kredit kartları üzrə 27.2% təşkil edib.

Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 105 min, kredit kartları 417 min, digər kartlar isə 1.6 mln. ədəd artıb.

Son xəbərlər
Digər xəbərlər