25 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda BOKT-lar borclarını azaldır

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının 2021-ci ilin ilk rübünün sonuna 322.7 milyon manata qədər artırıb.

Banker.az bu barədə Mərkəzi Bankın 31 mart 2021—ci il tarixinə təqdim etdiyi icmal göstəricilərinə istinadən xəbər verir.

Aktivlərin həcmi son rüb ərzində 2.02% artıb. Aktivlərinin 270.6 milyon manatı müştərilərə verdiyi kreditlər (bunun da 229.7 milyon manatı xalis kreditlər), 23.6 milyon manatı cari hesablar, 5.5 milyon manatı investisiyalar, 22.8 milyon manatı əmlakları olmuşdur.

İlin ilk rübü ərzində kredit portfelləri 2.73%, investisiyaları 25% artmış, əmlakları isə 1.7% kiçilmişdir.

BOKT-ların cəlb edilmiş borc vəsaitlərinin həcmi 7.7% azalma ilə 59.9 milyon manata qədər azaldıblar. Bu borc vəsaitlərinin isə 37.3 milyon manatı bank kreditləri, 22.6 milyon manatı isə digər təşkilatlardan cəlb edilmiş vəsaitlərdir.

Bank olmayan kredit təşkilatlarının ilin ilk rübü ərzində emissiya etdikləri 11 milyon manat həcmində istiqrazların hesabına portfelin həcmi 33.2 milyon manata çatıb. Borcların qalan 49.6 milyon manatı mərkəzi idarə etmə orqanlarından cəlb edilmiş vəsaitlərdir.

 

 

Son xəbərlər
Digər xəbərlər