Azərbaycanda BOKT-ların ləğv edilməsi proseduru müəyyənləşir

0

Məhkəmə bank olmayan kredit təşkilatının (BOKT) ləğv edilməsi və ya müflis elan olunmasına dair qərarı ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təqdimatı əsasında BOKT-a ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edəcək.

Bu, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Bank olmayan kredit təşkilatları haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Layihəyə əsasən, məhkəmənin qərarında ləğvetmə komissiyasının üzvlərinin (təsviyəçinin, ləğvedicinin) xidmət və ya əmək haqqının miqdarı göstərilməlidir. Ləğvetmə komissiyasının üzvlərinin (təsviyəçi, ləğvedici) xidmət və ya əmək haqqı MBNP-nin təklifi əsasında təyin ediləcək. Ləğvetmə komissiyasının üzvləri (təsviyəçi, ləğvedici) BOKT-un inzibatçılarına aid edilən tələblərə cavab verməlidir. BOKT-a aidiyyəti olan şəxslər, habelə BOKT-un kreditorları və borcluları (MBNP istisna olmaqla) BOKT-a ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qismində təyn oluna bilməzlər. BOK-un iflası və ya ləğvi dövründə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) öz fəaliyyəti haqqında Maliyyə Bazarlarına Nəzarət Palatasına onun müəyyənləşdirdiyi formada və müddətlərdə hesabat verməli, habelə Maliyyə Bazarlarına Nəzarət Palatasının tələb etdiyi sənədləri və informasiyanı təqdim etməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatası ləğvetmə komissiyasının fəaliyyətində pozuntular aşka etdikdə həmin ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) dəyişdirilməsi barədə məhkəməyə müraciət edəcək.
Qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasına tövsiyə edilib.

APA