12 C
Baku
Sunday, May 19, 2024

Azərbaycanda BOKT rebrendinq edərək adi şirkətə çevrilib

Azərbaycanda kredit təşkilatlarından biri bank olmayan kredit təşkilatından imtina edib və adi məhdud məsuliyyətli cəmiyyətə çevrilib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, 2010-cu ildə yaradılan, lakin hazırda lisenziyası olmayan “A R Group” Bank Olmayan Kredit Təşkilatı MMC adını dəyişərək “İESCO” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilib.

Şirkətin hazırda 250 manat nizamnamə kapitalı var və onun qanuni tımsilçisi Yunis Məmmədli Pərviz oğludur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər