22 C
Baku
Thursday, April 18, 2024

Azərbaycanda bu dövlət xəstəxanası yenidən qurulur

“İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxs “Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının əsas inzibati binası, əlavə korpus və köməkçi binalarının yenidən qurulması (I Mərhələ) işləri”nin satın alınması ilə bağlı tender elanı verib.

Banker.az xəbər verir ki, tenderdə iştirak haqqı 2969.59 AZN, istifadə haqqı isə 25 AZN təşkil edir.

M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası — 1961-ci ildən fəaliyyətə başlamışdır. Respublika Klinik xəstəxanası əsasən respublika tabeçiliyində olan şəhərlərin və kənd rayonlarının əhalisinə və tibb müəssisələrinə çoxprofilli, ixtisaslaşmış, stasionar, konsultativ, planlı yardım göstərməklə yanaşı Respublika Səhiyyə Nazirliyinin təşkilatı-metodiki işlərinin bazası olub, respublika müalicə-profilaktika idarələrinin təşkilatı-metodiki işlərinə köməklik etməyə borclu olan aparıcı tibb müəssisələrindən biridir.

Son xəbərlər
Digər xəbərlər