26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda bu il hava nəqliyyatı ilə sərnişin daşınmaların sayı azalıb

Bu ilin yanvar-oktyabr aylarında hava nəqliyyatı ilə 537,4 min sərnişin daşınıb ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 76,6% azdır.

“Banker.az”a  Dövlət Statistika Komitəsindən verilən məlumata görə, daşımaların 99,4 faizi dövlət, 0,6 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Məlumata əsasən, bu nəqliyyat növü ilə yükdaşıma 2,3 dəfə artaraq 358,7 min tona çatıb.

Qeyd edək ki, sərnişin daşınmaların sayının azalmasına səbəb, koronavirus pandemiyasına qarşı tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə iqtisadiyyatın bir sıra sahələrində fəaliyyətin, Azərbaycan Respublikasına və bəzi rayon, şəhərlərin ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxışın, məhdudlaşdırılmasıdır.

 

 

Son xəbərlər
Digər xəbərlər