3 C
Baku
Wednesday, February 28, 2024

Azərbaycanda bu şəxslər vergidən azad olunacaq

“Vergi Məcəlləsinə ediləcək dəyişikliklər Azərbaycanın iqtisadiyyatı, vergi sisteminə yeni baxışın təzahürüdür. Bu vergi yığanla vergi verən əmək münasibətlərinin leqallaşmasına stimullaşdırıcı rol oynaycaq. Büdcənin vergi yolu ilə doldurulması, sahibkarın münasibətlərini leqallaşmış formada qurulmasına xidmət edəcək”.

Avropa.info xəbər verir ki, bu sözləri deputat Musa Quliyev Milli Məclisdə çıxışı zamanı deyib.

Milli Məclisin deputatı neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərin 8 min manatadək olanların vergiyə cəlb edilməməsi məsələsinin bir sıra sahələrə də tətbiqini təklif edib:

“Vergidən azad olunanlar sırasında həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadları və övladların olması müsbət haldır. Lakin “döyüşçü” ifadəsi “hərbi xidmət” ifadəsi ilə əvəz edilməlidir. Əks halda, döyüşçü ifadəsi bu qanunun tətbiqinin məhdudlaşdırılmasına səbəb olacaq. Çünki döyüşçü yalnız müharibə dövründə olur. Müharibə olmayanda da hərbi qulluqçular vəfat edir və qanun onların ailə üzvlərinə də aid ola bilər”.

Bununla yanaşı, deputat təklif edib ki, dövlət qulluğu olmayana dövlət büdcəsindən maliyyələşən müəssisələrə aid edilməsi yaxşı olardı: “Çünki elə müəssisələr var ki, onların bu vergidən azad edilməsi maaşlarında 30-40 manat əlavə vəsait deməkdir. Bir sıra dövlət işlərində bu heç də az məbləğ deyil”.

M.Quliyev həmçinin özəl tibb sektora da güzəştlərin tətbiq edilməsini təklif edib.

Son xəbərlər
Digər xəbərlər