27 C
Baku
Tuesday, May 28, 2024

Azərbaycanda büdcənin qarşıdakı iki ildə profisitli olacağı proqnozlaşdırılır

“Azərbaycanın iqtisadi artımı 2023-cü ildə təxmini olaraq 1.4%-ə qədər azalıb və növbəti iki il ərzində ÜDM-də artımının nisbətən az olacağını proqnozlaşdırırıq”.

Bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatına bildirilib. Bununla belə, “Fitch” hesab edir ki, cari əməliyyatlar hesabının profisiti (CƏH) qarşıdakı iki ildə ikirəqəmli olmaqda davam edəcək: “Müsbət cəhət odur ki, Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2023-2025-ci illərdə ikirəqəmli səviyyədə qalacaq. Ölkənin xalis suveren aktivləri 2025-ci ilə qədər ÜDM-in 72%-nə yüksələcək”.

Reytinq agentliyi bundan əlavə, qeyd edib ki, neft qiymətlərinin büdcədə nəzərdə tutulandan yüksək olması və qeyri-neft gəlirlərinin artımı eyni dövrdə Azərbaycanın icmal büdcəsini profisitdə saxlayacaq.

“Fitch” əlavə edib ki, Mərkəzi Asiya və Qafqaz ölkələrində, o cümlədən Azərbaycanda dövlət borcu aşağı olaraq qalacaq: “Dövlət borcunun ÜDM-ə nisbətinin 2025-ci ildə Ermənistanda 44.3%, Azərbaycanda 22.2%, Gürcüstanda 38% və Özbəkistanda 35.5% proqnozlaşdırılaraq növbəti iki il ərzində nisbətən sabit qalacağı gözlənilir”.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər