3 C
Baku
Saturday, February 24, 2024

Azərbaycanda bütün banklar sığorta agenti lisenziyasına sahib olacaqlar

Azərbaycandakı bütün kommersiya bankları qarşıdakı dövrdə Mərkəzi Banka müraciət edəcək və zəruri prosedurdan keçdikdən sonra sığorta agenti lisenziyasına sahib olacaqlar.

Bunu “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin sədri Zakir Nuriyev bildirib.

“Bankların qanunvericiliklə sığorta agenti olmaq hüququ var. Bu hüququ əldə etmək üçün müvafiq lisenziya alınır. Hazırda 16 bankın belə lisenziyası var. Hesab edirəm ki, bu məsələ bütün bankları əhatə edəcək”, – deyə o qeyd edib.

“Hədəfimiz həm də odur ki, hər bir bankda azı 3 sığorta şirkəti xidmət göstərsin, vətəndaş istədiyi şirkəti seçə bilsin”, – deyə sədr əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər