26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda daha bir qurumda xarici audit keçirilib

Bu günlərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində Türk Standartları İnstitutu tərəfindən EN ISO 9001 “Keyfiyyəti İdarəetmə Sistemi” və EN ISO 50001 “Enerji idarəetmə sistemi” standartları üzrə nəzarət, EN ISO 14001 “Ətraf mühitin idarə edilməsi sistemi” və OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi” standartları üzrə yenidən sertifikatlaşdırma auditi keçirilib.

SOCAR-a istinadən xəbərə görə, auditdə Türk Standartları İnstitutunun Azərbaycandakı təmsilçisi Səlim Çələbi, Aysel Engin, Fazilet Baştürk və Tuğba İnkaya iştirak ediblər. 5 gün davam edən yoxlamalar zamanı audit qrupu “Azəriqaz” İB-nin bir sıra struktur bölmələrində, istehsalat sahələrində və həmçinin Birliyin Zaqatala Regional Qaz İstismarı İdarəsində olub. Birlik üzrə standartların tətbiqi ilə bağlı müsbət rəy verilib, bu sahə üzrə təkmilləşdirmənin daha yüksək səviyyədə həyata keçirilməsi və maarifləndirmə işinin davamlılığı üçün bir sıra təkiflər irəli sürülüb.

Auditin başa çatmasına həsr olunmuş yığıncaqda Birliyin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev auditorlar tərəfindən irəli sürülən bütün təkliflərin nəzərə alınacağını bildirib və gələcəkdə bu sahədə əməkdaşlığın davam etdiriləcəyinə əminliyini vurğulayıb.

Report

Son xəbərlər
Digər xəbərlər