17 C
Baku
Saturday, April 13, 2024

Azərbaycanda dövlət orqanlarına əvəzsiz verilən daşınar əmlak vergidən azad edilir

Azərbaycanda hüquqi və fiziki şəxslərin dövlət orqanlarına və yaxud fondlara əvəzsiz olaraq verdiyi daşınar əmlakın vergidən azad edilməsi nəzərdə tutulub.

Bu, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.

Hazırda qüvvədə olan Məcəlləyə əsasən, yalnız daşınmaz əmlakın dövlət orqanlarına, eləcə də siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi ictimai və sosial məqsədlər üçün fondlara əvəzsiz olaraq verilməsi vergi tutulan əməliyyat sayılmır. Dəyişikliklə bu siyahıya daşınar əmlak, eləcə də qeyri-maddi aktivlər, habelə əmlak kompleksi şəklində müəssisələr aid edilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər