28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda dövlət satınalmalarına nəzarət gücləndirilir

“Azərbaycanda dövlət satınalmalarına nəzarət gücləndirilir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsini təqdim edərkən deyib.

O bildirib ki, dövlət satınalmalarına daha effektiv nəzarətin təmin edilməsi üçün qanun layihəsində nəzarət orqanının səlahiyyətləri genişləndirilib.

Bu səlahiyyətlərdən ən mühüm olanlarından bir qismi aşağıdakılardır:

– Bütün növ protokolların (qərarların) Xidmətə məlumat üçün deyil, razılaşdırılma (təsdiq) üçün göndərilməsi;

– Yekun protokol Xidmət tərəfindən təsdiq edilmədən satınalma müqaviləsinin imzalana bilməməsi;

– Əsaslandırılmış qərar ilə təchizatçıların etibarsız təchizatçıların reyestrinə daxil edilməsi;

– Xidmətin satınalma komissiyalarının iclaslarında müşahidəçi qismində iştirak etməsi;

– Satınalma müqaviləsi qüvvəyə minənədək Qanunla müəyyən edilmiş qaydada satınalmanın nəticələrinin ləğv edilməsi;

– Satınalma müqavilələrinin icrasına nəzarət etməsi və s;

– Satınalma komissiyasının sədri və ya digər üzvlərinin qanuna zidd hərəkətləri (hərəkətsizliyi) üçün fərdi məsuliyyətin nəzərdə tutulması;

– Satınalma predmetinin ehtimal olunan məbləğindən asılı olmayaraq satınalma komissiyasının tərkibinə başqa nazirliklərin nümayəndələrinin daxil edilməsi ilə bağlı müddəa layihədə nəzərdə tutulmayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər