5 C
Baku
Monday, February 6, 2023

Azərbaycanda elektron məhkəmənin yeni versiyası hazırlanır

“Elektron məhkəmənin yeni versiyası hazırlanır”.

Bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyalar idarəsinin rəisi Ağakərim Səmədzadə “Vəkillik və İKT, müasir çağırışlar” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı işlərə başlanılıb. İdarə rəisi xidmətlərin vətəndaşlara əlçatan olmasının zəruriliyini vurğulayıb. O, bu sahədə nazirliyin kifayət qədər uğurlarının olduğunu qeyd edib.

A.Səmədzadə həmçinin bildirib ki, yaxın günlərdə “mobil əhali” tətbiqini istifadəyə veriləcək və həmin tətbiq vasitəsilə vətəndaşlar arayışları ala biləcəklər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər
X