28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda hansı məhsullar bahalaşır, hansılar ucuzlaşır?

Cari ilin oktyabr ayında sentyabra nisbətən ərzaq məhsullarının qiymətləri 0,2 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Banker.az-a verilən məlumata görə, ay ərzində unun, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsullarının, pendir və yumurtanın, marqarin və zeytun yağlarının, bananın, pomidorun, badımcanın, yerkökünün, çuğundurun, kartofun, qəhvə, çay və kakaonun, tütün məmulatlarının və spirtli içkilərin qiymətlərində bahalaşma olub.

Manna və qarabaşaq yarmasının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, göyərtinin, xiyarın, göy lobyanın, kələmin, sarımsağın, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə edilib.

Digər ərzaq məhsullarının qiymətlərində dəyişikliklər baş verməyib.

Son xəbərlər
Digər xəbərlər