25 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda hotel xidmətləri ucuzlaşıb

“2019-cu illə müqayisədə bu il hotellərin xidmətlərinin qiymətlərində ucuzlaşma var. Bunun əsas səbəbi iki ildən çox davam edən pandemiya və ondan irəli gələn amillərdir. Amma 2021-ci illə müqayısə edildikdə bu il hotellərin xidmətlərinin qiymətlərində bahalaşma müşahidə edilir”.

Bunu Azərbaycan Hotel Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam deyib.

G.Sağlam əlavə edib ki, hazırda dövlət tədbirləri ilə əlaqədar Bakıda hotellərin bronlaşdırılmasında artım müşahidə olunur. Lakin yay turizm mövsümü üçün bronlaşdırma hələ də aktiv deyil. Bu da son zamanlar qonaqların rezervasiyalarını son anda etmələri ilə bağlıdır. Buna görə də yay turizm mövsümü ərzində ölkədəki hotellərdə bronlaşdırma səviyyəsinin necə olacağı hələ bəlli deyil.

G.Sağlam 2022-ci ilin I rübündə Azərbaycan mehmanxanalarının gəlirlərinin 2021-ci ilin eyni dövrü ilə müqayisədə 74.8% artması məsələsinə də toxunaraq qeyd edib ki, gəlirlərin artmasının əsas səbəbi pandemiya şərtlərinin yumşaldılması, hava sərhədlərinin açılması və keçirilən dövlət tədbirlərinin sayının artmasıdır.

Xatırladaq ki, 2020-ci ilin məlumatına görə, Azərbaycanda 655 mehmanxana və mehmanxana tipli müəssisə var.

Son xəbərlər
Digər xəbərlər