25 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda içərisində 43 min manat olan bankomat oğurlanıb

Şirvan şəhərində bir banka məxsus bankomat oğurlanıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, polisə bu gün saat 04.00 radələrində Hacı Qəhrəmanlı qəsəbəsində yerləşən bankomatın oğurlanması barədə məlumat daxil olub. İlkin ehtimala görə, bankomatda 43 min manat olub.

Şirvan Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

Son xəbərlər
Digər xəbərlər