16 C
Baku
Thursday, April 18, 2024

“Azərbaycanda icmal büdcənin gəlirləri bu il 38.7% artacaq”

2022-ci ildə Azərbaycanda icmal büdcənin gəlirləri 38.7%, 2023 və 2024-cü illər üzrə isə 39% artacaq.

Bu proqnozlar Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan hökuməti ilə mayın 25-dən iyunun 7-dək IV maddə üzrə aparılmış məsləhətləşmələrin yekunlarına dair bəyanatında bildirilib.

BVF 2025-ci il üzrə bu göstəricinin 36.4%, 2026-cı il üzrə 33.1%, 2027-ci il üzrə isə 31.4% artacağını proqnozlaşdırıb.

İcmal büdcənin ümumi xərcləri isə bu il üzrə 29%, 2023-cü ildə 30.2%, 2024-cü ildə 31.7% artacaq. 2025, 2026, 2027-ci illər üzrə isə artım müvafiq olaraq 32.9%, 33.3% və 33.6% təşkil edəcək.

Fond 2022-ci il üzrə icmal büdcənin cari xərcləmələrinin 21.6% artacağını proqnozlaşdırıb. 2023-2027-ci illər üzrə isə bu göstərici 23-26.9% arasında artacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər