26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda iki neft-qaz şirkətinə bir şəxs rəhbərlik edəcək – TƏYİNAT

Dövlət Neft Şirkəti (SOCAR) və hökumətin birgə payı olduğu şirkətlər aprel ayından etibarən yeni direktorun rəhbərliyi altında fəaliyyətə başlayıb.

Bu barədə Banker.az şirkətlərə yaxın mənbədən məlumat əldə edib.

Məlumata əsasən, Əli Kərimli Ramiz oğlu “SGC Upstream” Məhdud Məsuliyyətli Cəmiyyəti və “SGC Midstream” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edilib.

Ə.Kərimli 2014-cü ilin oktyabrından “Cənub Qaz Dəhlizi” QSC-də (SGC) çalışır və o, Baş hüquq inzibatçısıdır.

Bundan öncə şirkətlərə Murad Süleymanov Fərman oğlu rəhbərlik edirdi.

Xatırladaq ki, “SGC Upstream” MMC və “SGC Midstream” MMC 2014-cü ildə təsis edilib.

Son xəbərlər
Digər xəbərlər