1 C
Baku
Monday, February 26, 2024

Azərbaycanda inflyasiya açıqlandı

2020-ci ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-avqust aylarına nisbətən 2.9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 5.3 faiz, qeyri-ərzaq məhsulları üzrə 1.3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 1.0 faiz artıb.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, cari ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0.2% azalıb (deflyasiya), əvvəlki ilin avqust ayına nisbətən 2.8 faiz artıb.

2020-ci ilin avqust ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0.5% azalıb, əvvəlki ilin avqust ayına nisbətən 4.9 faiz artıb.

Cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma limonun, bananın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, çiyələyin, qurudulmuş meyvələrin, fındığın, kələmin, pomidorun, balqabağın, bibərin, badımcanın, göy lobyanın, bahalaşma isə əsasən yumru düyünün, manna və qarabaşaq yarmasının, vermişelin, spagettinin, qoyun ətinin, kolbasa məmulatlarının, təzə və dondurulmuş balığın, xamanın, yumurtanın, portağalın, əriyin, kivinin, qozun, xiyarın, çuğundurun, yerkökünün, sarımsağın, soğanın, kartofun, çayın, meyvə şirəsinin, pivənin və tütün məmulatlarının qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2020-ci ilin avqust ayında həm qeyri-ərzaq məhsulları, həm də əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0 faiz təşkil edib, əvvəlki ilin avqust ayına nisbətən isə müvafiq olaraq 1.4 və 1.1 faiz artıb.

 

Son xəbərlər
Digər xəbərlər