28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda “Instagram” və “Twitter” istifadəçilərinin fəallığı artıb

Azərbaycanda “Instagram” və “twitter” istifadəçilərinin sayı artıb, “facebook” istifadəçilərinin sayı isə azalıb.

Banker.az “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, bu ilin dekabr ayında “Instagram”ın Azərbaycanın sosial media bazarında payı 24.69% təşkil edib ki, cari ilin noyabr ayı ilə müqayisədə “Instagram” istifadəçilərinin ölkə üzrə fəallığı noyabr ayı ilə müqayisədə 0.29% artıb.

Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə olan  “Facebook”un Azərbaycanın sosial media bazarında payı 20.5 % olub. 2020-ci  ilin noyabr ayı ilə müqayisədə Azərbaycanda “Facebook” istifadəçilərinin fəallığı 2.76% azalıb.

Üçüncü yerdə qərarlaşan “Twitter”in Azərbaycanın sosial media bazarında payı 5.58% təşkil edib. Belə ki,  2020-ci ilin noyabr ayı ilə müqayisədə “twitter” istifadəçilərinin sayı noyabrda 1.58% artıb.

Son xəbərlər
Digər xəbərlər