26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda investisiya qoyuluşunda bank kreditlərinin payı 7%-ə yüksəlib

2021-ci ilin yanvar-aprel aylarında əsas kapitala 3 752.8 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8.7 faiz az vəsait yönəldilib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 64.7 faiz, büdcə vəsaitləri 15.6 faiz, bank kreditləri 6.8 faiz, əhalinin şəxsi vəsaitləri 7.2 faiz, sair vəsaitlər isə 5.7 faiz təşkil edib.

2020-ci ilin yanvar-aprel ayında isə əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 62 faiz, büdcə vəsaitləri 21 faiz, əhalinin şəxsi vəsaitləri 6.6 faiz, bank kreditləri 5.7 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri 2.5 faiz, sair vəsaitlər isə 2.2 faiz təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər