2 C
Baku
Monday, March 4, 2024

Azərbaycanda investisiya şirkəti nizamnamə kapitalını artırıb

“Plato Menecment İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı 300 min manat və yaxud 78,95% artırılaraq 380 min manatdan 680 min manata çatdırıb.

Banker.az bildirir ki, bu barədə “Bakı Fond Birjası” QSC-dən bildirlir.

Məlumata görə, yanvarın 11-də Birjada “Plato Menecment”in səhmlərinin alqı-satqısı üzrə 2 əqd bağlanılıb. Əqdlər investisiya şirkətinin hər birinin nominal dəyəri 1 manat olan 300 min ədəd yeni səhminin realizə edilməsini nəzərdə tutur. Qiymətli kağızları “Plato Menecment”in mövcud səhmdarları indiki paylarına uyğun olaraq (297 min və 3 min ədəd olmaqla) əldə ediblər.

Xatırladaq ki, “Plato Menecment”i 2002-ci ildə, hazırda ləğv prosesində olan “Texnika Bank” ASC “Texnika Kapital Menecment” adı ilə yaradıb. Bankın lisenziyası ləğv edildikdən sonra investisiya şirkəti adını “Kapital Menecment”ə dəyişərək Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) nəzarətinə keçib. Bir qədər sonra isə Böyük Britaniyanın “Plato Capital International Holding Limited” investisiya şirkəti “Kapital Menecment”in səhmlərinin 99%-ni əldə edib və maliyyə qurumunun adı “Plato Memecment”ə dəyişdirilib. Onun səhmlərinin qalan 1%-i isə adı açıqlanmayan xarici investora məxsusdur.

Report

Son xəbərlər
Digər xəbərlər