17 C
Baku
Saturday, April 13, 2024

Azərbaycanda iqtisadi artım bir qədər də gerilədi

2023-cü ilin yanvar-aprel aylarında ölkədə 39 mlrd. 986.5 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.1 faiz çoxdur. Bu 2023-cü ilin yanvar-mart aylarında 0.4%-lik artım idi.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2.9 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3.1 faiz artmışdır.

ÜDM istehsalının 46.8 faizi sənaye, 8.9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5.5 faizi nəqliyyat və anbar təsərrüfatı, 4.6 faizi tikinti, 2.8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1.5 faizi informasiya və rabitə sahələrinin, 17.6 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10.2 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 3945.5 manata bərabər olmuşdur.

Son xəbərlər
Digər xəbərlər