16 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanda iqtisadi artım sürətində fasilə

2023-cü ilin yanvar-sentyabr aylarında ölkədə 90812.5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.8 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1.5 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3.0 faiz artıb.

ÜDM istehsalının 41.6 faizi sənaye, 9.5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6.4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6.0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5.0 faizi tikinti, 2.3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1.7 faizi informasiya və rabitə sahələrinin, 18.0 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9.5 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 8 948.8 manata bərabər olmuşdur.

Son xəbərlər
Digər xəbərlər