27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda iri bizneslərin sayı azalır (SİYAHI)

2021-ci il iyulun 1-i vəziyyətinə görə ölkədə 601 iri sahibkarlıq subyekti var.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilir.

İri sahibkarlıq subyektlərinin sayı son bir ildə 72, yaxud 11% azalıb.

2020-ci ilin müvafiq dövrünə ölkədə iri sahibkarlıq subyektlərinin sayı 673 idi.

Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 0.4 faizini iri sahibkarlıq subyektləri təşkil etmişdir. Onların 17.6% ticarət , 16.6%-i emal sənayesi, 12.2%-i tikinti və 8.7%-i nəqliyyat və anbar təsərrüfatı sahələrində yaradılmışdır.

İri sahibkarlıq subyektlərinin iqtisadi fəaliyyət növləri üzrə sayı

Fəaliyyət növləri 01.07.2021 01.07.2020 İllik dinamika
CƏMİ 601 673 -72
o cümlədən:
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 26 20 6
Mədənçıxarma sənayesi 35 41 -6
Emal sənayesi 100 104 -4
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 18 27 -9
Su təchizatı; tullantıların təmizlənməsi və emalı 18 21 -3
Tikinti 73 101 -28
Ticarət; nəqliyyat vasitələrinin təmiri 106 124 -18
Nəqliyyat və anbar təsərrüfatı 52 45 7
Turistlərin yerləşdirilməsi və ictimai iaşə 15 19 -4
İnformasiya və rabitə 22 17 5
Maliyyə və sığorta fəaliyyəti 20 22 -2
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 9 10 -1
Peşə, elmi və texniki fəaliyyət 33 41 -8
İnzibati və yardımçı xidmətlərin göstərilməsi 20 23 -3
Təhsil 9 14 -5
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 34 32 2
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 3 5 -2
Digər sahələrdə xidmətlərin göstərilməsi 8 7 1

 

Son xəbərlər
Digər xəbərlər