13 C
Baku
Friday, April 19, 2024

Azərbaycanda işsizlik səviyyəsi azalaraq 5.76%-ə düşdü, DSK bildirir

Azərbaycanda 2022-ci il avqustun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 342.1 min nəfər olmuş, onlardan 5 milyon 034.3 min nəfərini məşğul əhali təşkil edib. İşsizlik səviyyəsi 5.76%-ə düşüb.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən bildirilir.

Qeyd edilir ki, işsizlərin sayı 400 nəfər (0.1%) ətrafında azalaraq 307.8 min nəfər təşkil edib.

Bu da ölkədə içsizlik səviyyəsinin son ayda 5.78%-dən 5.76%-ə düşməsi deməkdir.

Cari il iyulun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 720 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 901.2 min nəfər, qeyri-dövlət sektorunda isə 818.8 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 30.7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 689.3 min nəfər çalışıb.

321312312312321

İşsizliyin səviyyəsi- (Minilliyin bəyannaməsində əks olunmuş inkişaf göstəricilərindən) -işsizliyin tərifi müəyyən dövr ərzində işi olmayan, lakin işləməyə hazır olan və muzdla və ya özüməşğulluq üzrə iş axtarmaq üçün konkret addımlar atan adamların hamısını əhatə edir. İşçi qüvvəsi işə malik olan, həmçinin müəyyən dövr ərzində işə malik olmayan adamları özündə birləşdirir.

Məşğulluq – bu, konkret hesabat dövründə bu və ya digər gəlir gətirən iqtisadi fəaliyyət növündə iştirak edən və ya müvəqqəti olaraq iştirak etməyən adamdır. İqtisadi fəallıq haqqı ödənilməklə və ya gəlir əldə etmək məqsədi ilə, yaxud şəxsi ev təsərrüfatında istifadə üçün mal və xidmətlərin istehsalını əhatə edir.

1232312312323

Son xəbərlər
Digər xəbərlər