27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda istehlak kreditlərinin həcmi azalıb

1 fevral tarixində ölkədə cəmi kredit qoyuluşu 18 542,6 mln manat təşkil edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ay ilə müqayisədə kredit qoyuluşu cəmi 37 mln manat artıb. Ötən ilin analoji dövrü ilə müqayisədə isə kredit qoyuluşu 3 095.2 mln manat və yaxud 20% artıb.

İstehlak kreditləri üzrə verilən kreditlər isə 7 724,1 mln manat təşkil edib ki, bu da son bir ay ərzində 7.7 mln manat azalma deməkdir. Ötən ilin analoji dövrü ilə müqayisədə isə istehlak kreditləri 1 416.9 mln manat artıb.

Hazırda istehlak kreditlərinin , cəmi kreditlərində (18 579,8 milyon manat) xüsusi çəkisi ötən ay olduğu kimi bu ay da 44 % təşkil edib.

Kredit qoyuluşunda daha çox xüsusi çəkisi olan sahə isə 2 648,3 mln manatla ticarət və xidmət sektoru üzrə qoyulan kreditlərdir ki, bu sahə üzrə də azalma müşahidə olunub.

Belə ki, son bir ay ərzində ticarət və xidmət sektoru üzrə verilən kreditlərdə 32.4 mln manat azalma qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər