27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda kənd təsərrüfatı sektoru ötən il 56 milyon manat güzəştli kredit götürüb

2020-ci ildə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun verdiyi 126,9 milyon manat güzəştli kreditin 56,5 milyon manatı yaxud 44,5%-i (824 layihə üzrə) kənd təsərrüfatı məhsulları istehsalçılarına ayrılıb.

Bu barədə Fonda istinadən xəbər verilir.

Məlumata görə, ötən il sənaye məhsullarının istehsalına və emalına (59 layihə) 47,3 milyon manat, kənd təsərrüfatı məhsullarının emalına (9 layihə) 5,9 milyon manat, infrastruktura (6 layihə) 1,6 milyon manat, turizmə (7 layihə) 0,7 milyon manat, digər sahələrə isə (3 layihə) 5 milyon manat güzəştli kredit verilib.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər