16 C
Baku
Wednesday, May 22, 2024

Azərbaycanda KASKO sığorta üzrə yığımlar 23%-dən çox artıb

Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin sığortası (KASKO) üzrə 2023-cü ilin yanvar-noyabr ayları ərzində 47 milyon 642 min manat sığorta haqqı toplayıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 23.2% və ya 8 milyon 973 min manat çoxdur.

Ötən ilin ilk 11 ayında KASKO sığorta üzrə 38 milyon 669 min manat sığorta haqqı toplanıb.

Bu dövrdə avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlərinin həcmi 18 milyon 271 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 20% çoxdur. 2022-ci ilin ilk 11 ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 15 milyon 215 min manata bərabər olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər