25 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda kredit borcu olanların sayı artıb

1 İyul tarixində Azərbaycanda bank müştərilərinin sayı artıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bank müştərilərinin sayı hazırda 74 502 nəfər yəni 1.4% artaraq, 5 348 165 nəfər təşkil edib.

Həmçinin fiziki şəxslər üzrə bank müştərilərinin sayı bir ay ərzində artaraq (artım 1.4% )5 242 157 , hüquqi şəxslər üzrə (artım 0.7% ) 106 008, sahibkarlıqla məşğul olanlar şəxslərin sayı isə (artım 1.1% ) 173 090 nəfər olub.

Müştəri hesablarının sayı isə 14 948 439 ədəd təşkil edib ki, bud a ötən ay ilə müqayisədə 260 014 ədəd və yaxud 1.7% çoxdur.

Müştəri hesablarından cari hesabların sayı (artım 2.1%) 11 393 849 ədəd, kredit hesabların sayı (artım 0.44%) 3 129 415 ədəd, depozit hesablarının sayı isə (artım 1.3%) 425 175 ədə təşkil edib.

Son xəbərlər
Digər xəbərlər