18 C
Baku
Bazar, Oktyabr 24, 2021

Azərbaycanda ləğv olunan 4 bank üzrə 616 mln. manatdan çox kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış “AG Bank”, “Amrah Bank”, “NBC Bank” və “Ata Bank” üzrə 24 min 178 əmanətçiyə 616 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

“Banker.az” Əmanətlərin Sığortalanması Fonduna istinadla bildirir ki, “Atabank”ın 9 692 əmanətçisi 241 milyon 770 min 300 manat, “Amrah Bank”ın 5 742 əmanətçisi 139 milyon 411 min 468 manat, “AGBank”ın 4 592 əmanətçisi 109 milyon 395 min 179 manat, “NBC Bank”ın isə 4 152 əmanətçisi 125 milyon 546 min 326 manat kompensasiya alıb.

“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

“AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

Son xəbərlər
Oxşar xəbərlər