8 C
Baku
Wednesday, October 30, 2024

Azərbaycanda lizinq neçəyədir?

Lizinq şirkətləri kənd təsərrüfatı texnikasını sahibkarlara hansı şərtlər, faiz dərəcələri ilə verir? Hazırda 20-yə yaxın lizinq şirkəti var. Onların hansılarının şərtləri, faiz dərəcələri sahibkarlar üçün əlverişli ola bilər?

Banker.az bu mövzunu araşdırıb.

AqrolizinqASC – 2005-ci il 31 mart –Nazirlər Kabinetinin qərarı:
Kənd təsərrüfatı texnikasının və texnoliji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqlə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları dəyişdirilir.

Belə ki, Aqrolizinq ASC tərəfindən ödənişin 10% əvvəlcədən, qalan hissəsi isə 1 ildən sonra 9 il ərzində ödənilməyə başlanacaq. Onu da əlavə edək ki, Aqrolizinq ASC hal-hazırda hansı şərtlərlə və faiz dərəcələri ilə sahibkarlara kənd təsərrüfatı texnikasını lizinq yolu ilə verilməsini öyrənmək istədik. Onlar da nədənsə öz məsuliyyətini qəribə də səslənsə Asan xidmətin boynuna atdılar.

AtaLizinq Kənd təsərrüfatı texnikasını lizinq yolu ilə 20-24 arası dəyişən fazilərlə , ilkin ödənişi 30% olmaqla, 1-3 il müddətinə verilir.

Joınt Leasing 17-21 arası dəyişən faizlərlə, ilkin ödəniş 20-30% olmaqla, 36 ay müddətinə verilir.

RAO GLOBAL GROUP GMBH Azərbaycan 12 faizlə, minimum ilkin ödəniş 20% olmaqla verilir. Müddəti isə kənd təsərrüfatı texnikasınının qiymətindən asılı olaraq dəyişir. Lizinq şirkətindən bildirdilər ki, təcrübəmizdə hətta olub ki, sahibkar ilkin ödənişin 40% ni edib.

Grand Motors – 25% ilkin ödəniş, maxsimum 5 il müddətinə, illik faiz dərəcəsi 4 %-dir.

Bu sahəni maliyyələşdirməyən lizinq şirkətləri : Parex Leasıng and Factorıng, UnıLeasıng, Ansar Lizinq

Xatırladaq ki, lizinq şirkətləri sahibkarlara kənd təsərrüfatı texnikasını lizinq vasitəsilə verməmişdən öncə, şirkətin əməkdaşları tərəfindən həmin şəxsin iş yerinin monitorinqi keçirilir.

Onu da əlavə edək ki, lizinq şirkətlərinin sayının çoxluğunu nəzərə alıb, hər biri ilə əlaqə saxlamaq istəsəkdə, ya əlaqə nömrələri məşğul idi, ya da müştəri məmnuniyyətini unudub məlumat verməkdən çəkindilər.

Son xəbərlər
Digər xəbərlər