29 C
Baku
Friday, June 21, 2024

Azərbaycanda maddi çətinliklərə görə nəqliyyat şirkəti ləğv olunur

29 dekabr 2023-cü il saat 11.00-da “Yevlax Nəqliyyat” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. ASC-nin idarəetmə orqanlarının 2022-ci ilə aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı.

2. İllik hesabatların təsdiq edilməsi.

3 Təşkilati məsələ: ASC-nin idarəetmə orqanlarının seçilməsi.

4. Yaranmış maddi çətinliklərlə əlaqədar ASC-nin ləğv edilməsi barədə.

Ümumi yığıncağın gündəliyinə aid materiallarla tanışlıq üçün iş günləri ASC-nin rəhbərliyinə müraciət etmək olar.

Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.

Nəzərinizə çatdırırıq ki, ASC uzun müddət fəaliyyət göstərməmiş və hazırda da fəaliyyət göstərmir. Bu barədə keçmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər İdarəsindən müvafiq rəsmi sənəd vardır.

Əlaqə telefonu – (055) 212- 90-00.

Ünvan – Yevlax rayonu, Aran qəsəbəsi, ASC-nin inzibati binası.

Son xəbərlər
 ⁠
Digər xəbərlər