5 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Azərbaycanda maliyyəçilərin orta maaşı bir ayda 25 manat azalıb – Rəsmi

2021-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 2.6 faiz artaraq 722.9 manat təşkil edib.

Banker.az DSK-ya istinadən xəbər verir ki, ölkədə maliyyə və sığorta sahəsi üzrə çalışanların orta aylıq əməkhaqqları azalıb.

Belə ki, 2021-ci ilin yanvar-oktyabr aylarında maliyyə və sığorta sahəsində işləyənlərin orta aylıq əməkhaqqları 1 960.8 manat, dövlətdə çalışanlarda 1 900.2 manat, özəldə çalışanların isə 1 976.7 manat olub.

Halbuki, bu ilin yanvar-sentyabr ayında isə bu sahədə çalışanların ümumilikdə orta aylıq əməkhaqqları 1 985.9 manat, dövlətdə işləyənlərin 1 918.3, özəldə işləyənlərin isə 2 003.6 manat təşkil edib. Bir ayda maliyyə və sığorta işçilərinin orta aylıq maaşları 25 manat azalıb.

Son xəbərlər
Oxşar xəbərlər