9 C
Baku
Friday, March 1, 2024

Azərbaycanda mehmanxanaların gəlirləri 75% artıb

2022-ci ilin yanvar-mart aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 45,3 faiz artaraq 435,3 min olmuşdur. Gecələmələrin 48,5 faizi Bakıda, 10,8 faizi Qusarda, 8,0 faizi Qubada, 7,6 faizi Qəbələdə, 6,1 faizi Şabranda, 3,4 faizi Naftalanda, 3,1 faizi Lənkəranda, 2,3 faizi Naxçıvan Muxtar Respublikasında, 1,2 faizi Şamaxıda, 1,1 faizi Mingəçevirdə və 7,9 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.

Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.

2022-ci ilin yanvar-mart aylarında mehmanxanaların gəlirləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 74,8 faiz artaraq 59,7 milyon manat olmuşdur ki, onun da 54,4 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 30,8 faizi ictimai iaşə xidmətlərindən, 3,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 10,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.

Son xəbərlər
Digər xəbərlər