5 C
Baku
Monday, February 26, 2024

Azərbaycanda minimum əməkhaqqı 345 manata çatdırılıb – DSMF

“Bu ilin əvvəlində reallaşdırılan 4-cü sosial islahat paketi 1.9 mln. nəfəri əhatə edib və bu islahatın illik əlavə maliyyə tutumu 750 mln. manat vəsait təşkil edir”.

Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov qurumun 6 aylıq hesabatı ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, islahat çərçivəsində minimum əməkhaqqı 15% artırılaraq 345 manata çatdırılıb: “Vahid tarif cədvəli üzrə işləyənlərin və bir sıra təşkilatlarda çalışanlarının əmək haqları 15% artırılıb. Bu istiqamət üzrə illik əlavə 440 milyon manat vəsait xərclənəcək”.

DSMF sədrinin sözlərinə görə, bu ilin I yarımilində sosial ödənişlərdə də artım olub: “Artımlar ümumilikdə 810 min nəfəri əhatə edib. Əlavə vəsaitin illik həcmi isə 310 mln. manat təşkil edib. Bundan başqa, 24 növ sosial ödənişlərin məbləğlərində orta hesabla 22%-lik artım olub”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər