27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda nağd dolların məzənnəsi 1,60 manata düşə bilər

Azərbaycanda ABŞ dollarının rəsmi məzənnəsi artıq bu ilin ilk yarısında 1,65 AZN/USD səviyyəsindən də aşağı düşə bilər. 

Analitika qrupu bildirir ki, dünya bazarında neftin qiymətinin artması, ölkə idxalında azalma tendensiyasının başlaması fonunda tədiyyə balansının tarazlaşması ilə bərabər pul kütləsinin azaldılaraq cari vəziyyətə uyğunlaşdırılması dollara tələbatı zəiflədəcək. Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi sterilizasiya əməliyyatları çərçivəsində xarici valyuta ilə spekulyativ əməliyyatların qarşısı alınıb.

 Oxşar yazı– Bank dolları rəsmi məzənnədən ucuz satır – 1,71 AZN

Reportun analitikləri maliyyə sabitliyinin yaranması nəticəsində əhalinin tədricən manata keçəcəyini, dollarlaşma səviyyəsinin ilkin mərhələdə cari 80%-dən 50%-dək geriləyəcəyini ehtimal edirlər. Neft qiymətlərinin 2017-ci ildə 65-70 dollar/barelə qədər yüksəlməsi proqnozlaşdırılır ki, bu da dolların ucuzlaşması prosesini sürətləndirəcək. Manata müsbət təsir edəcək digər bir amil isə Azərbaycana xaricdən turist axınının gözlənilən artımı ilə bağlıdır. Yay aylarında turist axınının sürətlənməsi dollar təklifini artıracaq və bu mövsümdə nağd bazarda məzənnənin hətta 1,60 AZN/USD-yə kimi enməsi mümkündür. Qeyd edək ki, Analitika qrupu bundan əvvəlki proqnozunda məzənnənin 1,65 AZN/USD səviyyəsində formalaşacağını bildirib.

Agentliyin ekspertləri hesab edirlər ki, 2018-ci ilin ilk rübünə qədər dünya iqtisadiyyatı, neft qiymətləri, fond indekslərində mənfi meyllər gözlənilmir: “Bu da inkişaf etməkdə olan ölkələrin qısamüddətli maliyyə sabitliyinə gətirib çıxaracaq”.

Son xəbərlər
Digər xəbərlər