17 C
Baku
Sunday, May 19, 2024

Azərbaycanda neft hasilatı azalır, təbii qaz artır

Azərbaycan Respublikasında 2024-cü ilin I rübündə xam neft hasilatı illik müqayisəədə 6 faiz azalıb.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabat müddətində ölkə ərazisində 7.261 mln. tonluq xam neft hasil edilib ki, bunun da 7.244 mln. tonu əmtəəlik olub.

Bununla belə, ölkənin ixrac əməliyyatlarında ikinci ən böyük valyuyta gətirən təbii qaz hasilatı illik müqayisədə 3.4 faiz artaraq 12.573 mlrd. Kub-metr təşkil edib və bunun da 9.682 mlrd. Kub-metri əmtəəlik olub.

2024-cü ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 6 mlrd. 428.2 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 3 mlrd. 981.6 milyon dollarını və 2 mlrd. 446,6 milyon dollarını isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 1 mlrd. 535 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.

2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 23.5 faiz, real ifadədə 15 faiz, o cümlədən idxal 19.9 faiz, ixrac isə 12.7 faiz azalmışdır.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər