7 C
Baku
Thursday, February 29, 2024

Azərbaycanda partlayıcı maddələrin istehsalı zavodu tikiləcək

Cari ildə Gəncə şəhərində partlayıcı maddələrin istehsalı üzrə zavodun tikinti işlərinin başlanılması və yekunlaşdırılmasını planlaşdırılır.

Qurumun İdarə Heyətinin sədri Zakir İbrahimov Səhmdar Cəmiyyətdə 2022-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirib.

Onun sözlərinə görə, “AzerGold” tərəfindən dövlət-özəl sektor tərəfdaşlığı modeli əsasında təsis edilmiş törəmə cəmiyyət – “AzerBlast” MMC tərəfindən sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə zavodun qurulması layihəsinin icrası istiqamətində işlərin sürətlə davam etdirilir.

O, istehsal gücü 31 min ton sənaye partlayıcısı olan zavod üzrə Gəncə şəhərində cari ildə tikinti işlərinin başlanılması və yekunlaşdırılmasının planlaşdırıldığını bildirib.

Z.İbrahimov həmçinin yeni yataqların istismarına hazırlıq çərçivəsində görülən işlərin sürətləndirilməsi, ehtiyatların artırılması məqsədilə geoloji kəşfiyyat işlərinin daha da intensivləşdirilməsi, bütün fəaliyyət istiqamətləri üzrə artım dinamikasının qorunub saxlanılmasına dair tapşırıq və tövsiyyələrini verib.

Son xəbərlər
Digər xəbərlər