14 C
Baku
Wednesday, April 17, 2024

Azərbaycanda pensiya və müavinətlərlə bağlı qayda dəyişir

Pensiya və müavinətlər sahəsində qanunvericiliyin pozulması ilə əlaqədar inzibati xətalarla bağlı işlərə baxılmanın qaydası dəyişir.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.

Belə ki, Məcəllənin 16-1-ci fəsli əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar olan inzibati xətalarla bağlı işlərə müvafiq informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə baxılmanın xüsusiyyətlərini nəzərdə tutur.

Təqdim edilən qanun layihəsində sığortaedən tərəfindən işçilərin işsizlikdən sığorta etdirilməməsi (477-1.1.2-ci maddə) və işçinin peşəsi, İxtisası və əməkhaqqı barədə sığortaçıya rəsmi məlumat verilməməsinə (477-1.1.4-cü maddə) görə inzibati xətalar haqqında işlərə yuxarıda adı qeyd edilən 16-1-ci fəsildə müəyyən edilən qaydalar çərçivəsində baxılması təklif edilir.

Layihədə İnzibati Xətalar Məcəlləsinin 477-1.1.2-ci və 477-1.1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilməklə, həmin maddələr üzrə icraat Inzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulan qaydalara uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər